Yeni Kaledoniya vətəndaş cəmiyyətinə müraciət

Əziz və dəyərli Yeni Kaledoniya vətəndaş cəmiyyəti və onun azad media nümayəndələri! Sizə müraciətim hələlik fərdi xarakter daşısa da, bunu kütləviləşdirib ciddi bir səviyyəyə gətirmək üçün artıq konkret addımlar atmağa başlamışam. Ümidvaram, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri də qısa müddətdə bu müraciət aktına qoşulacaq və uzağı bir neçə həftəyə bizi öz evinizdə, sizinlə çiyin-çiyinə azğın Fransa“Yeni Kaledoniya vətəndaş cəmiyyətinə müraciət” yazısının devamını oku

Mən xarab bir saatam…

Mən xarab bir saatamməhkəmə divarında.Əqrəblərim dayanıblövbər salıb altıda.Göz süzdürür gələn də,Göz süzdürür gedən də,Düzəltməkdənsə məni,Deyirlər “Saatdır da”… Aylar, illər ötsə də,Əqrəb yerində qalıb.Gözləyirəm gün gələr,Bir köpəyoğlu qalxıbTəmizləyər, daş qoyar,Saat olduğumuHamıya xatırladar… Mənə göz süzdürənlərsə –Saxta qərar çıxaran,Sifarişlə iş yazan,Yetimlərin cibinə,Narkotiki atdıran.Elə də baxırlar ki,Sanki o quyuları,Xarab saatdır qazan… Xarab olanda nolar?!Bir gün daş qoyacaqlar,İşləyəcəm can“Mən xarab bir saatam…” yazısının devamını oku

Xalqın yazıçısı Əkrəm Əylisliyə açıq məktub

“…Mən 87 yaşın içindəyəm, cənab Baş Prokuror! Tanınmış ziyalıyam. Azərbaycanın Əməkdar İncəsənət Xadimi, ölkənin yüksək “İstiqlal” ordeninin kavaleri, Azərbaycan oxucusunun sevgi və rəğbətlə qarşıladığı onlarla kitabın müəllifiyəm. Dünyanın 30-dan çox ölkəsində kitablarım nəşr edilib. Bütün bunlara baxmayaraq, artıq 8 ildən çoxdur ki, sevdiyim vətənimdə sənədsiz və hüquqsuz yaşamağa məhkum edilmişəm. Şəxsiyyət vəsiqəmin Prokurorluq tərəfindən müsadirə“Xalqın yazıçısı Əkrəm Əylisliyə açıq məktub” yazısının devamını oku

Hüquq fakültəsinin əlli çaları (ikinci hissə)

“Dağlarda qışqırmaq lazım deyil. Onsuz da uçqunlara öyrəşib, bu onu narahat etməz.” “Master və Marqarita”, Mixail Bulqakov Roma papasından daha katolik Bulqakovun iblisi, Moskvaya gəlişi ilə şəhərdə nə qədər əliəyri, xain, dələduz, yaltaq, şorgöz, saxtakar adam vardısa, hamısını məhz onların öz əlləri ilə ifşa etmişdi. Arabir fikirləşirəm ki, nə olar, bir fövqəlqüvvə də Bakıda peyda“Hüquq fakültəsinin əlli çaları (ikinci hissə)” yazısının devamını oku

Hüquq fakültəsinin əlli çaları

“Mənim təbiətim gəncliyimdən belə formalaşıb: desəm öldürərlər, deməsəm ölləm. Ölkədə çoxlu ölüm hadisələri olur. Bilirsiniz niyə? İnsanlar deyə bilmədiklərinə görə ölürlər. Onsuz da ölürsən, elə deyib ölmək daha yaxşı deyilmi? Deni Didronun bir sözü var, deyir biri var, böyrək daşından, öd çatışmazlığından, lap elə ürək çatışmazlığından öləsən, bir də var, ideya uğrunda öləsən. Öləndə də“Hüquq fakültəsinin əlli çaları” yazısının devamını oku

Gözəl qızın polis sevgisi

Çay bulaqdan güc alar, dəniz çayla çoxalar,Elə arxa olanlar el içində ucalar.Doğma ana yurdumun keşiyində durursan,Canidən, tüfeylidən qoruyub asayişi,Xalqıma xidmətinlə görürsən gözəl işi.Bu şərəfli işinlə sən həmişə sayıqsan,Vaxt olur ki, gecələr sübhə qədər ayıqsan,Bu şərəfli işinlə sən həmişə ayıqsan! Nisə Qasımovanın “Polis qardaşım” mahnısından Darıxanda baş çəkdiyim tək-tük yerlərdən biri Fəxri Xiyabandır. Doğrudan da, oranın“Gözəl qızın polis sevgisi” yazısının devamını oku

Azərbaycanlıları nə əyləndirə bilər?

On üç il bundan əqdəm ölkəmiz Avroviziyanın qalibi oldu və rəiyyət total orqazm vəziyyətinə keçdi. Hətta böyük əksəriyyət reallıq hissini təmiz itirdi və onu uzun müddət tapa bilmədi. Dörd il sonra oxşar duyğuları yenidən yaşadı, halbuki bu dəfə bunun üçün heç bir tutarlı səbəb mövcud deyildi. Daha iki il keçdi və rəiyyətin coşub-daşan milli hiss“Azərbaycanlıları nə əyləndirə bilər?” yazısının devamını oku

Ağalar Qəribovun uğursuz məna axtarışları

Gül tikanıyam mən,Şaxta vurub, don tutub,Budaqlar büküləndə, Həm gönçələr açanda, Həm ləçək töküləndə. Payızda da, yazda daQışda da, ayazda daMən bir gül tikanıyam.Gülə görə dözərlər. Gülü əzizləməkçünQopardarlar kəsərlər. Axı mənə toxunanı Deşəsiyəm, yarasıyamAxı mən gül tikanı Axı mən üz qarasıyam. Bu nə isti qadası? Bu kimin əli? Mənə sığal çəkən Kimdir bu dəli? Şeir qələm“Ağalar Qəribovun uğursuz məna axtarışları” yazısının devamını oku

Xorultu səsinin batırdığı arzu

Atam həmişə məni prokuror kimi görmək istəyib. Açığı, gözümü açandan haqsızlığa qarşı sərt mövqedə olduğunu gördüyüm atamın bu arzusunu başa düşməkdə çətinlik çəkirəm. Axı güc aparatını zülmkarlıqda günahlandırmaqla oğlunu həmin güc aparatının təmsilçisi kimi görmək bir araya sığmır. Hələ bu ziddiyyətli arzusunu mənə eşitdirərək səsləndirəndə neçə dəfə sərt şəkildə etiraz etmişəm. Məni cin atına mindirən“Xorultu səsinin batırdığı arzu” yazısının devamını oku

Birinci yumurta yaranıb, yoxsa toyuq?

Ölkə prezidenti cənab İlham Əliyev Almaniyaya səfər edib. Bu tip hadisələr rəiyyətin acından günorta duran fağır üzvü kimi məni elə də maraqlandırmasa da, sosial mediada qarşıma çıxan başlıq diqqətimi cəlb etdi: “EKSKLÜZİV! İlham Əliyev ilk dəfədir ki, müstəqil medianın sualını cavablandırır.” Ərinməyib videoya əvvəldən axıra kimi baxdım. Mikroskop Medianın baş redaktoru Fatimə Kərimova cənab İlham“Birinci yumurta yaranıb, yoxsa toyuq?” yazısının devamını oku

WordPress.com ile böyle bir site tasarlayın
Başlayın